Reklam verin!
 

Virtual e-roman

Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları"

 
 
Əsas Səhifə Haqqında  
 
artyazar
Burada hər gün yaşadığımız canlı həyatımızın - bütün çalarlarıyla birlikdə - ədəbi-kulturoloji formatıyla tanış ola bilərsiz...

İstək varsa, özünüz də həmmüəlliflik edin...

Aydın Xan

Bölmələr

Keçidlər

 
 

ACLIQ EDƏN JURNALİSTLƏR YATAQ REJİMİNƏ KEÇDİLƏR

Bu bölümü də şərhsiz və izahatsız, informatik olaraq düşünənlərə ünvanladıq...

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə həmrəylik nümayiş etdirmək məqsədilə aclıq aksiyasına başlayan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu və AXCP sədrinin müavini Həsən Kərimov yataq rejiminə keçib. Bu barədə məlumat «Media forum» saytına «Yeni Müsavat» qəzetinin redaksiyasından verilib.

Bu gündən «Yeni Müsavat» qəzetinin redaktoru Zabil Müqabiloğlu da aksiyaya qoşulub. Dekabrın 10-dan aclıq aksiyasına başlayan digər əməkdaşlar Elşad Məmmədli və Aytən Həsənova dünən aksiyanı dayandırıblar. A.Həsənovanın vəziyyəti pisləşdiyindən dünən səhər saatlarında evinə göndərilib, ona tibbi yardım göstərilib. Bu gün o özünü nisbətən yaxşı hiss edib və işə çıxıb.

Davamı...
 
 

İran gəncləri tarix yaradırlar bəs bizimkilər? (şəkillərlə)

http://mediaforum.az/articles.php?lang=az&page=03&article_id=20071210052135818

TEHRAN UNİVERSİTETİNDƏ ƏHMƏDİNEJADA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLİB

Dekabrın 9-da Tehran Universitetində minlərlə tələbənin iştirakı ilə İran prezidenti Mamud Əhmədinejada qarşı etiraz nümayişi keçirilib. «Media forum» saytının məlumatına görə, aksiyanı İran universitetlərinin islami birlikləri və ölkədə ən böyük tələbə təşkilatı olan Vəhdəti Möhkəmləndirən Qurum təşkil edib. Nümayişdə «16 Azər» (7 dekabr) tələbə günü ilə əlaqədar ölkənin müxtəlif şəhərlərində keçirilən və ya planlaşdırılan aksiyalara mane olmaq üçün bir sıra fəal tələbələrin həbs olunmasına etiraz bildirilib və onların dərhal azadlığa buraxılması tələb olunub.

Davamı...
 
 

Abbas Atilayın Norveçdən mənim əvəzimə e-yazdığı bölüm

Abbas AtilayAbbas Atilayın Norveçdən mənim əvəzimə e-yazdığı bölüm

 Gustav Vigeland və “Vigelandpark” (fotolu)

Oslodan yaxşı xatirələrlə dönməyin yollarından biri heykəltəraş Gustav Vigelandın yaradıcılığının bir hissəsinin toplandığı Vigelandparka üz tutmaqdır. Bu parka çəkdiyimiz fotolarla birlikdə gedəcəyik. Amma öncə fotolar haqqında bir neçə söz deyim: İraqın sabitliyə, Somalinin toxluğa, Azərbaycanın azadqlığa ehtiyacı olan qədər Norveç Krallığının da günəşə ehtiyacı var. Vigelandparka getmək həvəsinə düşəndən bəri günəş itmişdi, hava da buludlu…

Davamı...
 
 

İki gənclər qrumu: biri real, digəri virtual

MİLLİ PARKDA VELOSİPED SÜRMƏK İSTƏYƏN «DALĞA»çıları POLİS BÖLMƏSİNƏ APARIBLAR (2007-11-28)


«Dalğa» Gənclər Hərəkatının 6 fəalını – təşkilatın sədri Vəfa Cəfərovanı, Elşən Poladlını, Zaur Əliyevi, Nərmin və Əsmər Ramazanova bacılarını, Fizuli Yusiflini Səbayel Rayon Polis İdarəsinin 9-cü bölməsinə aparıblar. Hadisə 40-45 dəqiqə bundan əvvəl olub. Telefon əlaqəsi zamanı hazırda bölmədə saxlanılan Vəfa Cəfərova «Media forum» saytının əməkdaşına bildirib ki, onu və Elşən Poladlını bölməyə Milli Parkdan gətiriblər: «Biz paytaxtda velosiped yollarının salınması tələbi ilə parkda velosiped yürüşü təşkil etməli idik. Sakitcə dayanıb digər fəalların toplanmasını gözləyirdik. Polis əməkdaşları bizə yaxınlaşıb heç bir əsas gətirmədən hər ikimizi maşına otuzdurdular. Onlar heç polis maşınının gəlməsini də gözləmədilər. Taksi saxladaraq bizi bura gətirdilər».

Davamı...
 
 

Şəkilli bölüm. Gənclərin dalğalandırdığı məmurlar

DALĞA GH-nın 11 ÜZVÜ HƏBS OLUNDU

DALĞA GH-nın 11 ÜZVÜ HƏBS OLUNDU (Fotoreportaj + Yenilənib)

Çoxsaylı hərakat üzvü polis bölməsinin qabağında ağızlarını skoçlayıblar

17:45: Dalğaşıların 9-cu bölmədə saxlanan üzvlərin azadlığa buraxılmasıtələbi ilə bölmənin həyətində ağzı skoçlu halda keçirdikləri aksiyanı da polis dağıdıb. Aksiyanı jurnalistlər və hüquq müdafiəçiləri də izləyib. Hazırda tutulanlardan bir-biri izahat alınaraq sərbəst buraxırlar. Bu saata olan məlumata görə, artıq tutulanlardan 5-buraxılıb.

Davamı...
 
 

Azərbaycan - Liberalizm, yaxud konservatorluq? II

Polemika davam edir...

Haradan: astudents@yahoogroups.com
Kimdən: "Farhad Guliyev" <guliyevfarhad@gmail.com>
Mövzu: Liberalizme YOX

Men misalda sadelik, asan anlashilmasi uchun 1 kreditor verdim. Bazar iqtisadiyyati bunun aradan qaldirilmasini nezeriyyede teleb edir. Bezen nezeriyye ile praktika uyushmur. Praktikada dunyada TMK-lar ele en boyuk monopoliya numenisidir.
Turkiye ordusu 100 ile yaxindir ki, Turkiyede diktatura qurub. Turkiye ordusunun pashalarinin emrleri ile, dunen Chanaqqalada dushmen vurshanlar, bu gun Sulatan Ahmet meyadninda asilaraq oldurulmushdu, cesedi de seherden axshama qeder orada asilmish veziyyetde saxlanilmishdi ki, hamiya ders olsun.

Davamı...
 
 

Azərbaycan - Liberalizm, yoxsa konservatorluq? Gənclərin baxışlarında

Yeni Bölüm 

Mən bu e-romanı kifayət qədər liberal ve virtual baxışlar toplusu kimi düşünüb yaradıram.

Fəqət, çağdaş Azərbaycan ictimai-mədəni düşüncəsi yalnız mənim fikirlərimlə formalaşmır deyə, yahoo-qruplardakı gənclərin yuxarıdakı problemlə baxışlarını bu e-romanın bir hissesine çevirmeli oldum...

Davamı...
 
 

Ardı 2

 Maraqlıdır ki, indi İqtidar ilə müxalifət qüvvələri arasında deyil, ictimai sektorda rəqabət aparan qüvvələr arasında mövqe davası gedir...

Kimdən: "kamil hamidov" <kamilhamidov@gmail.com>

Mövzü: Re: [astudents] Ramin hacili / Erkin Qedirli / grup ehli 

Evvela cox uzr isteyirem ki, sohbetnize qarishiram. Nureddin, amma Agalar bey barede deyilen fikre munasibet bilrdirm ki, bashqalari cash-bash qalmasin. RIA-NOVOSTI de kecirilen tedbirinizde hami aydin gordu ki, Agalar bey hansi medeniyyetin sahibidir. O kimese hormetsizlik etdi, yoxsa ona qarshi hormetsizlik edildi. Yaziq agzini acib gucle danishidi, here bir terefden onun sozunu kesirdi. Onun yerine kim olsaydi hemin deqiqe zali terk ederdi. Odur ki, bir insani hormet cercivesinde analiz edende Allahi bashinin ustunde gor.

Davamı...
 
 

Ardı

Deyəsən, bizim gənclər də ciddi məsələlər ətrafında baş sındırmağa girişiblər...

Yahoo-qrupların biri ilə gəlmiş bu fikirləri oxucularımla bölüşməyi vacib bildim.

 Bəlkə tərpənəsiz və polemikanı burada qızışdıraq?

Kimdən: "samir isgenderov" s_isgenderov@yahoo.com 

Kimə: astudents@yahoogroups.com

 Mövzü:  Meneviyasizligmiza meneviyyat getirenlere ve ya hara gedirik biz???????!!!!!!!

Isteyirem sizinle bir movzuda oz tesuratlarmi bolushum.Son vaxtlar her kes artiq bizim meneviyyatmizin olmek uzere oldugundan sadece danishir ve her kes de meneviyyatimizi berpa etmeye oz dushuncelerne gore calishdigini iddia edir.Burada maraqli bir amil de ortaya chixir: Bu her kesler oz meneviyyatini unudaraq bashqalarnin meneviyyatini duzeltmeye chalishir yeni bir az da achiq desek digerlerne ozne serf eden shekilde medeniyyet sirimaga chalishir.Bes maraqlidir etrafindakilara medeniyyet dersi kecenlerin oz medeniyyeti ne derecede var,Goresen heqiqeten de bunlar menevi zengin insanlardirlarmi?

Davamı...
 
 

"Dalga"lanan Azəri gəncləri

ŞƏHƏRİN MƏRKƏZİNDƏ AYAQYALIN ETİRAZ GƏZİNTİSİ OLUB

«Dalğa» Gənclər Hərəkatının 16 fəalı (8 qız, 8 oğlan) hazırda Səbail Rayon 39-cu polis bölməsindədir. Onlar bu gün təşkil etdikləri aksiya zamanı tutularaq bölməyə gətiriliblər. Bu barədə «Media forum» saytına təşkilatın üzvü Ülvü Həsənli məlumat verib. Onun sözlərinə görə, bu günə təyin edilən aksiya Sahil bağından başlayıb: «Aksiya başlayan kimi bizim 3 nəfər fəalımızı tutdular, lakin buna baxmayaraq təşkilat üzvləri əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə aksiyanı davam etdirdi. Biz Nizami küçəsi ilə gələrkən yenə də polislər daha 13 fəalı saxladılar».

Davamı...
 
   
« Əvvəlki səhifə   Yazılar cəmi: 24    Sonrakı səhifə »

 
  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com

Arxivlər

Açar sözlər

Qabaqki yazılar

Sayqaç

  • İndi blogda: 22
  • Keçən ayın hiti: 1925
  • Dünənki hit: 58
  • Bugünki hit: 101
  • Ümumi hit: 18697