Reklam verin!
 

Virtual e-roman

Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları"

 
 
Əsas Səhifə Haqqında  
 
artyazar
Burada hər gün yaşadığımız canlı həyatımızın - bütün çalarlarıyla birlikdə - ədəbi-kulturoloji formatıyla tanış ola bilərsiz...

İstək varsa, özünüz də həmmüəlliflik edin...

Aydın Xan

Bölmələr

Keçidlər

 
 

Ah, gənclər, gənclər, gənclər!!!

BİR QRUP GƏNC QƏNİMƏT ZAHİDƏ AZADLIQ TƏLƏBİ İLƏ «TORQOVI»da AKSİYA KEÇİRİB (şəkilli e-bölüm)

Mətbuata basqılara və jurnalistlərin həbsinə etiraz olaraq bu gün saat 17 radələrində bir qrup gənc Bakının Nizami («Torqovı») küçəsində aksiya keçirib.

Əllərində «Azadlıq» qəzetinin nüsxələrini tutan gənclər «Azadlıq» şüarlarını səsləndirə-səsləndirə qezetin həbsdə olan baş redaktoru Qənimət Zahidiə azadlıq tələb ediblər.

Təxminən 10 dəqiqə sonra polis aksiyaya müdaxilə edib. Nəticədə AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyev, Gənc Türklər Hərəkatının sədri Əbülfəz Hüseynli, «Yüksəliş Naminə» qəzetinin əməkdaşı Elçin Həsənov, «Dalğa» Gənclər Hərəkatının fəalları Ramin Hacılı, Əsmər Ramazanova və digərləri polis tərəfindən saxlanılaraq 39-cu polis bölməsinə aparılıblar.

 

 

 

 

...Və İrandakı Azəri gəncləri...

TƏLƏBƏ GÜNÜ TUTULANLARIN ƏKSƏRİ EVİN HƏBSXANASINDA SAXLANIR
 

Beynəlxalq Amnistiya Təşkilatı - «Amnesty International» son günlər «16 Azər» (7 dekabr) tələbə günü ilə əlaqədar keçirilən və ya planlaşdırılan aksiyalara görə İranın müxtəlif şəhərlərində tutulmuş tələbələrin dərhal azadlığa buraxılmasını tələb edir.

«Media forum» saytının məlumatına görə, təşkilatın yaydığı bəyanatda tələbə günü münasibətilə İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 30 tələbənin saxlandığı bildirilir: «Son ay yarım ərzində İranda universitet müəllimlərinin işdən çıxarılmasına, söz azadlığıının məhdudlaşdırılmasına, fəal tələbələrin universitetdən qovulmasına və tələbə qəzetlərinin bağlanmasına etiraz olaraq keçirilən aksiyalarda onlarla adam həbs edilib».

Bəyanatda bildirilir ki, tutulan tələbələrin əksəriyyəti Tehranın Evin həbsxanasının 209-cu və 240-cı korpuslarında saxlanılır.

 
   

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



 
  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com

Arxivlər

Açar sözlər

Qabaqki yazılar

Sayqaç

  • İndi blogda: 20
  • Keçən ayın hiti: 2026
  • Dünənki hit: 89
  • Bugünki hit: 45
  • Ümumi hit: 15321