Reklam verin!
 

Virtual e-roman

Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları"

 
 
Əsas Səhifə Haqqında  
 
artyazar
Burada hər gün yaşadığımız canlı həyatımızın - bütün çalarlarıyla birlikdə - ədəbi-kulturoloji formatıyla tanış ola bilərsiz...

İstək varsa, özünüz də həmmüəlliflik edin...

Aydın Xan

Bölmələr

Keçidlər

 
 

ACLIQ EDƏN JURNALİSTLƏR YATAQ REJİMİNƏ KEÇDİLƏR

Bu bölümü də şərhsiz və izahatsız, informatik olaraq düşünənlərə ünvanladıq...

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə həmrəylik nümayiş etdirmək məqsədilə aclıq aksiyasına başlayan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu və AXCP sədrinin müavini Həsən Kərimov yataq rejiminə keçib. Bu barədə məlumat «Media forum» saytına «Yeni Müsavat» qəzetinin redaksiyasından verilib.

Bu gündən «Yeni Müsavat» qəzetinin redaktoru Zabil Müqabiloğlu da aksiyaya qoşulub. Dekabrın 10-dan aclıq aksiyasına başlayan digər əməkdaşlar Elşad Məmmədli və Aytən Həsənova dünən aksiyanı dayandırıblar. A.Həsənovanın vəziyyəti pisləşdiyindən dünən səhər saatlarında evinə göndərilib, ona tibbi yardım göstərilib. Bu gün o özünü nisbətən yaxşı hiss edib və işə çıxıb.

E.Məmmədli aksiyanı dünən axşam dayandırıb.

R.Arifoğlunun, Ş.Çobanoğlunun aksiyanı nə vaxt dayandıracağı məlum deyil.

Q.Zahidə həmrəylik nümayiş etdirmək məqsədilə «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli də dekabrın 13-dən aclıq aksiyasına başlayıb. «Media forum» saytının əməkdaşı ilə söhbətində R.Hacıbəyli qeyd edib ki, səhhətində hələ elə bir problem yoxdur: «Amma bir neçə gün belə davam etsə, yataq rejiminə keçməyə ehtiyac yaranacaq. Bir qədər sonra bu məsələ «Yeni Müsavat» qəzetinin redaksiyasında aksiya keçirən jurnalistlərlə müzakirə olunacaq. Amma onu da deyim ki, «Azadlıq» qəzetinə daha çox işçi qüvvəsi lazımdır, qəzet dayanmamlı, çıxmalıdır. Ona görə indiyə qədər fəaliyyətimi davam etdirirəm və gücüm çatana qədər bu belə olacaq».

R.Hacıbəyli «Azadlıq»dan aksiyaya qoşulan olmadığını deyib: «Mənə elə gəlir ki, qəzetin fəaliyyətinin dayanmaması daha önəmlidir».

Bu gün saat 17-dən aksiyaya hərbi sahə üzrə yazar, hazırda bir neçə qəzetlə əməkdaşlıq edən Üzeyir Cəfərov da qoşulacaq: «İlk günlər aclığı işləyə-işləyə davam etdirəcəm».

Ü.Cəfərov aksiya zamanı daha çox «Yeni Müsavat» qəzetinin redaksiyasında olacağını bildirir.

Hazırda Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılan «Azadlıq» qəzetinin baş redaktoru Q.Zahid dekabrın 8-dən mətbuata basqılara son qoyulması tələbiylə müddətsiz aclıq aksiyasına başlayıb.

Dekabrın 10-dan onunla həmrəylik nümayiş etdirmək məqsədilə «Yeni Müsavat» qəzetinin baş redaktoru R.Arifoğlu, qəzetin əməkdaşları A.Həsənova və E.Məmmədli aksiyaya başlayıblar.

Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə insidentə görə noyabrın 11-də haqqında həbs-qətimkan tədbiri seçilmiş Q.Zahidə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham elan olunub.

 
 
 
 



 

«Media forum»
 
   

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



 
  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com

Arxivlər

Açar sözlər

Qabaqki yazılar

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 2026
  • Dünənki hit: 89
  • Bugünki hit: 28
  • Ümumi hit: 15304