Virtual e-roman |
Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları" |
|||||||||||||
|
|
Əsas Səhifə
Haqqında
|
|||||||||||||
![]() İstək varsa, özünüz də həmmüəlliflik edin... Aydın Xan |
|
|||||||||||||
|
İran gəncləri tarix yaradırlar bəs bizimkilər? (şəkillərlə)http://mediaforum.az/articles.php?lang=az&page=03&article_id=20071210052135818TEHRAN UNİVERSİTETİNDƏ ƏHMƏDİNEJADA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLİBDekabrın 9-da Tehran Universitetində minlərlə tələbənin iştirakı ilə İran prezidenti Mamud Əhmədinejada qarşı etiraz nümayişi keçirilib. «Media forum» saytının məlumatına görə, aksiyanı İran universitetlərinin islami birlikləri və ölkədə ən böyük tələbə təşkilatı olan Vəhdəti Möhkəmləndirən Qurum təşkil edib. Nümayişdə «16 Azər» (7 dekabr) tələbə günü ilə əlaqədar ölkənin müxtəlif şəhərlərində keçirilən və ya planlaşdırılan aksiyalara mane olmaq üçün bir sıra fəal tələbələrin həbs olunmasına etiraz bildirilib və onların dərhal azadlığa buraxılması tələb olunub.Tehran Universiteitindəki nümayişə tələbələr «Universitet azadlığın son səngəridir» şüarı ilə çıxıblar. Vəhdəti Möhkəmləndirən Qurumun siyasi şöbəsinin rəhbəri Mehdi Ərəbşahi mediaya açıqlamasında deyib ki, onlar məhbus tələbələrlə yanaşı digər siyasi məhbusların da azadlığa buraxılmasını, universitetlərdə təzyiq və polis rejiminə son qoyulmasını, ictimai azadlıqların təmin olunmasını istəyirlər. Ərəbşahi prezident Əhmədinejadın ölkədə və xaricdə yürütdüyü siyasəti kəskin tənqid atəşinə tutub. «Media forum» xəbər verir ki, Tehran Universiteitində tələbələr əvvəlcə politexnik fakültəsi qarşısında toplaşaraq inqilabçı himn və mahnılar oxuyublar, Əhmədinejada qarşı şüarlar səsləndiriblər. Başqa tələbələrin aksiyaya qoşulmasına imkan verməmək üçün məmurlar universitetin şərq qapısını bağlayıblar. Ancaq politexnik fakültəsi qarşısında toplaşan tələbələr hücum çəkərək qapını sındırıblar və qapı arxasında qalan tələbələrin universitetin həyətinə girib nümayişə qoşulmasına şərait yaradıblar. Tələbələr daha sonra istiqaməti dəyişərək İnqilab küçəsinə axışıblar. Burada da əsasən Əhmədinejada qarşı şüarlar səsləndirilib. Universitet həyətinə qayıdandan sonra bir sıra tələbə təşkilatlarının nümayəndələri aksiyaçılar önündə çıxış edib. Sol, liberal təmayüllü tələbə qurumlarının, həmçinin milliyətcə kürd olan tələbələrin nümayəndələri öz çıxışlarında İranda demokratik dəyərlərin, mətbuat azadlığının bərqərar olunmasını, xalqlar arasında ayrı-seçkiliyə son qoyulmasını tələb ediblər.
«Media forum»
|
|||||||||||||
|
|
||||||||||||||
| © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com |
|