Reklam verin!
 

Virtual e-roman

Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları"

 
 
Əsas Səhifə Haqqında  
 
artyazar
Burada hər gün yaşadığımız canlı həyatımızın - bütün çalarlarıyla birlikdə - ədəbi-kulturoloji formatıyla tanış ola bilərsiz...

İstək varsa, özünüz də həmmüəlliflik edin...

Aydın Xan

Bölmələr

Keçidlər

 
 

Şəkilli bölüm. Gənclərin dalğalandırdığı məmurlar

DALĞA GH-nın 11 ÜZVÜ HƏBS OLUNDU

DALĞA GH-nın 11 ÜZVÜ HƏBS OLUNDU (Fotoreportaj + Yenilənib)

Çoxsaylı hərakat üzvü polis bölməsinin qabağında ağızlarını skoçlayıblar

17:45: Dalğaşıların 9-cu bölmədə saxlanan üzvlərin azadlığa buraxılmasıtələbi ilə bölmənin həyətində ağzı skoçlu halda keçirdikləri aksiyanı da polis dağıdıb. Aksiyanı jurnalistlər və hüquq müdafiəçiləri də izləyib. Hazırda tutulanlardan bir-biri izahat alınaraq sərbəst buraxırlar. Bu saata olan məlumata görə, artıq tutulanlardan 5-buraxılıb.

17:08: Dalğa GH-nın polis tərəfindən saxlanılan 11 üzvü hələ də sərbəst buraxılmayıb.  Hüquq müdafiəçisi gənclərin azadlğa buraxılması məqsədi ilə danışıqlar aparır.

15:45: "Dalğa Gənclər Hərakatının üzvləri bir neçə gündür ki, “Mənim Şəhərim” həftəsi elan edərək Bakının təmizliyini qorumaq məqsədilə həftə boyunca silsilə tədbirlər keçirir.  Bu gün 15:00-da "İçərişəhər bizimdir" şüarıyla Qız Qalasının ətrafında aksiya keçirən hərkat üzvlərinə qarşı polis zor tətbiq edib. QayNar müxbirinin hadisə yerindən verdiyi məlumata görə, gənclər özlərini Qız Qalasının ətrafındakı dəmirlərə zəncirlə bərkidərək, simvolik etraz aksiyası keçiriblər. 9-cu Polis bölməsinin əməkdaşları aksiyanı dağıtmaq üçün zor tətbiq ediblər. Hərəkatın 11 üzvü zorla polis bölməsinə aparılıb. Gənclər arasında xəsarət alanlar var. Hərakatın bayrağı polis tərəfindən alınıb. Polis Dalğa GH-nın sədri Vəfa xanım Cəfərovanın mobil telefonunu da sındırıb.
Tutulanlar hələ də 9-cu bölmədə saxlanılır.
Aldığımız məlumata görə, Dalğa GH-nın digər üzvləri hal-hazırda polis bölməsinin qarçısına toplaşıb, burada "Azadlıq" şüarıyla ağızları skoçlu aksiya keçirməyə hazırlaşırlar.
Xatırladaq ki, «Dalğa» GH son bir neçə gündə  «Tramvaya abidə qoyaq»,  «Hər kəsə bir ağac qoruyaq», «Təmiz şəhər» adlı aksiyalar keçirib.

 
   

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



 
  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com

Arxivlər

Açar sözlər

Qabaqki yazılar

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 1925
  • Dünənki hit: 58
  • Bugünki hit: 82
  • Ümumi hit: 18678