| |
- artyazar
-
- Bölməsiz
- Baxış sayı:130
- Oktyabr 13, 2007 17:32
-
|
SOS-ART ve ya SPID Bolumu
Eslinde, e@romanimin bu movsumunde men Qarabaq problemi ile baqli dushunduklerimi davam etdirmeli idim, feqet Bakida bash veren bir hadise muellif olaraq bizleri - meni, yazani ve virtual varliqimi yaman sarsitdi. E@suretim olan Virtual varliqim menim yadima saldi ki, vaxtile bu e@romanimizda biz bu barede "genish ictimaiyyete melumat vermishdik" (11 ve 12-ci postlar - cavablar):
http://www.almaqezeti.com/forum/viewtopic.php?t=401&postdays=0&postorder=asc&start=100
Men ozum de bashimi itirmishem, yazdiqlarim bedii xulya idi, yoxsa haralardansa gelmish informasiya - her halda, biz yazarlara da herden inanasiz ki, cemiyyet bele facieleri yashamasin...
SƏHİYYƏ NAZİRLİYİ QİÇS VİRUSUNUN DAŞIYICISI OLAN YENİYETMƏ HAQQINDA AÇIQLAMA YAYIB
Səhiyyə Nazirliyi QİÇS virusunun daşıyıcısı Elnarə Gülməmməd qızı Əhmədovanın hazırda QİÇS-lə Mübarizə Mərkəzində müayinə olunduğunu və lazımi epidemioloji tədbirlərin aparıldığını bildirir. Nazirliyin mətbuat xidmətindən «Media forum» saytına daxil olan məlumatda deyilir ki, 1989-cu il təvəllüdlü Elnarə Əhmədova 2003-cü il avqustun 18-də Ramana Qapalı Tipli Dəri Zöhrəvi Xəstəxanasına daxil olub. Müayinə üçün onun qanı Respublika QİCS-lə Mübarizə Mərkəzinə göndərilib və Elnarəndə QİÇS virusu aşkarlanıb. Bundan sonra xəstə qeydiyyata götürülüb. Həmin il avqustun 28-də mərkəzin həkimi Ramanaya gələrək epidemioloji araşdırma aparıb və xəstəyə xəbərdarlıq edib. Nazirliyin məlumatında deyilir ki, aradan iki il keçəndən sonra - 2005-ci il aprelin 19-da 1 saylı Kliniki Xəstəxananın doğum şöbəsindən şübhəli hal olaraq QİCS mərkəzinə qan nümunəsi göndərilib: «Araşdırma nəticəsində qan nümunəsinin yenə həmin xəstəyə aid olduğu bəlli olub. Xanım körpəsini dünyaya gətirib, onu xəstəxanada tərk edərək qaçıb gedib».
Ardini gozleyin...
Mətbuat xidmətinin açıqlamasına görə, körpə dünyasını dəyişib. Amma onun nə qədər yaşaması haqqında nazirlik əlavə bilgi vermir. Nazirlik bildirir ki, QİCS-lə Mübarizə Mərkəzi baş verən hadisələrlə bağlı Elnarənin yaşadığı ünvanı tapmaq məqsədilə Daxili İşlər Nazirliyinin ünvanlar bürosuna müraciət edib, lakin orada bu şəxsin varlığı təsdiqlənməyib: «Son 2 ildə onun haqda heç bir məlumat olmayıb. Aparılan axtarışlar nəticə verməyib. Bu il iyulun 8-də «Ümid yeri» uşaq evindən xəstənin orada olması haqda məlumat QİCS mərkəzinə daxil olub. Bir gün sonra Uşaq Evlərinə Qayğı İctimai Birliyinin sədri S.Teymurov və Nəsimi rayon 21-ci polis bölməsi tərəfindən xəstə QİCS mərkəzinə gətirilib». ----------------------------------------------------------------------------------------------------
17 yaşlı Bakı sakini, QİÇS daşıycısı olan Elnarə Əhmədova 200-ə yaxın müştəri ilə cinsi əlaqədə olduğunu etiraf edib. «Turan» İnformasiya Agentliyi xəbər verir ki, E.Əhmədova müştəriləri Bakının müxtəlif bar və gecə klublarında, «Nizami» kinoteatrı və 28 may küçəsi rayonundakı «Ləçək», «Koral», «Qladiator», «Kobra», «Hilton», «Şandan» barlarında tapdığın deyib. E.Əhmədova bildirib ki, müştərilərlə birlikdə Suraxanı, Xırdalan rayonlarındakı, həmçinin Masazır və Əhmədlidəki saunalara gedib. Onun müştərilərinin əksəriyyəti 20-25 yaşlı gənclər olub. Müştərilər arasında yüksək vəzifəli şəxslər və ya hüquq-mühafizə orqanları nümayəndələri olmayıb. E.Əhmədova normal həyata qayıtmaq üçnü «Uşaq evlərinə qayğı» ictimai birliyinə ərizə ilə müraciət edib. Həmin ictimai birliyin rəhbəri Sahib Teymurovun dediyinə görə, öz ərizəsində Elnarə 2006-cı ildə polisin onu saxlayaraq Ramana qəsəbəsindəki qapalı zöhrəvi xəstəxanaya apardığını qeyd edib. Xəstəxanadakı yoxlama zamanı E.Əhmədovanın AİDS virusunun daşıyıcısı olduğu məlum olub. «Turan»ın müxbirləri ilə görüş zamanı Elnarə deyib ki, onun atası dünyasını dəyişib, anası isə əyyaşdır. E.Əhmədova artıq uzun müddətdir ki məlumatsızdır. O, Şəkidəki uşaq evində, sonra isə Şağandakı 3 saylı internatda tərbiyə olunub. Lakin, tez-tez oradan qaçıb və artıq 13 yaşından rəfiqəsi Leyla ilə birlikdə fahişəliklə məşğul olmağa başlayıb. Elnarənin və Leylanın sutenyorları olmayıb, onlar özləri barları gəzərək saatı 50 manata müştərilərə xidmət göstərirmişlər. Elnarənin dediyinə görə, o, 2003-cü ildən AİDS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. Lakin o, hər zaman mərkəzin işçilərindən yayınmağa çalışıb.
P.S. http://day.az/news/society/85346.html
|
|