| |
|
ŞƏHƏRİN MƏRKƏZİNDƏ AYAQYALIN ETİRAZ GƏZİNTİSİ OLUB«Dalğa» Gənclər Hərəkatının 16 fəalı (8 qız, 8 oğlan) hazırda Səbail Rayon 39-cu polis bölməsindədir. Onlar bu gün təşkil etdikləri aksiya zamanı tutularaq bölməyə gətiriliblər. Bu barədə «Media forum» saytına təşkilatın üzvü Ülvü Həsənli məlumat verib. Onun sözlərinə görə, bu günə təyin edilən aksiya Sahil bağından başlayıb: «Aksiya başlayan kimi bizim 3 nəfər fəalımızı tutdular, lakin buna baxmayaraq təşkilat üzvləri əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə aksiyanı davam etdirdi. Biz Nizami küçəsi ilə gələrkən yenə də polislər daha 13 fəalı saxladılar». _26%202007-1.jpg)
«Dalğa»çılar aksiyanı başa vura biliblər: «Nəzərdə tutulmuşdu ki, aksiya Nizami Gəncəvinin heykəlinin yanında sona çatsın və əməkdaşlarımız oraya qədər gedib çıxa biliblər. Biz öz tələblərimizlə bağlı press-reliz hazırlamışıq və fəallar aksiya zamanı həmin müraciəti KİV nümayəndələrinə yaya bilib. Eyni zamanda prezidentə, təhsil nazirinə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinə, eyni zamanda Milli Məclisin elm komissiyasına da müraciət etmişik. Həmin müraciətlər artıq ünvanlarına göndərilib».Ü.Həsənlinin sözlərinə görə, hazırda təşkilat fəalları polis bölməsində izahat yazırlar və onların bölmədən nə vaxt buraxılacağı da bəlli deyil.«Dalğa»çılar bu aksiyanı təhsil sistemində köklü islahatlar tələbi ilə keçiriblər və öz etirazlarını ayaqyalın gəzməklə bildiriblər. Aksiya iştirakçıları heç bir şüar səsləndirməyiblər, plakat belə qaldırmayıblar. Tələblər təhsil sahəsində islahatlar, o cümlədən Bolonya prosesindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xaricdə təhsil almaq üçün göndərilən tələbələrin seçimində şəffaflığın təmin edilməsi, təhsildə rüşvətə qarşı sistemli mübarizənin aparılması, dərs saatlarının tələbələrin istəklərinin nəzərə alınaraq müəyyənləşdirilməsi və s. olub.«Media forum»
|
|