Blog Haqqında
Burada hər gün yaşadığımız canlı həyatımızın - bütün çalarlarıyla birlikdə - ədəbi-kulturoloji formatıyla tanış ola bilərsiz...
İstək varsa, özünüz də həmmüəlliflik edin...
Aydın Xan
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 5
Keçən ayın hiti: 7669
Dünənki hit: 132
Bugünki hit: 95
Ümumi hit: 35987
Sentyabr 15, 2007 16:57 Yazar: artyazar
Eslinde bu gun Seidin SMS-leri ile birdefelik sonuclamaliydim, feqet chashiben Alma qezetinin saytinda Sheytanin planetimizdeki chaqdash baciliqi Gunelin bir lezzetli yazisiyla islandim deye, butun yaratmaq hevesim qurudu.
Yazini size de teklif edirem:
Günel Mövlud
Dırmaş, gəncliyim, dırmaş!
Heç şübhəsiz, həftə hadisələrinin "qızıl onluq"unda birinci yeri "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin öz redaksiyalarından lapdan çıxarılması tutur. Amma müqəddəsliyi şəksiz olan bütün müqəddəslərə and olsun ki, mən hələ bu məsələdən baş aça bilmirəm. Buna görə də münasibətimi daha uyğun zamana saxlayaraq, keçid alıram daha qeyri-ciddi və "mırt" məsələlərə.
Şəhriyar Sarıca demiş: "…bu, məndə alınır axı..."
Deməli, elə FHN o boyda binanı xilas etmək üçün beş-altı armaturla, elə o sayda sement kisələrini gətirib "Gündəliy"in həyətinə tökən günün səhərisi e-mailimi açdım. Həmişəki kimi elektron ünvanımın "göndərilənlər sitəsi" dolu idi qardaş məzarlığını xatırladan məktublarla. Adətən mən onları açmadan "udalit" eləyirəm. Amma bu məktublardan birinin "tema"sı diqqətimi elə çəkdi ki, məktubu açmaya bilmədim. Tema belə idi: "Sabir Rüstəmxanlı zirvəsi fət olundu".
VHP-nin mətbuat xidmətinin elektron ünvanıma göndərdiyi press-relizdə qeyd olunurdu ki, görkəmli yazarın ad günü münasibətilə VHP-çi gənclər Qaradağ rayonu ərazisindəki adsız dağın zirvəsinə dırmaşaraq, ora "Sabir Rüstəmxanlı zirvəsi" adı veriblər. Dağın hündürlüyü isə təxminən 2000 metrdir. Press-relizdə birinci olaraq adamın dodaqlarını qaçıran iki hərf səhvi idi. "Fəth" əvəzinə "fət", "mətbuat xidməti" əvəzinə, "mızbuat xidməti" yazılmışdı. 2000 işarəlik press-relizdə iki hərfin söhbətini eləmək, "Gündəliy"in ağır günlərində Qax rayonuna çəkilərək, yanına bir kisə fındıq qoyub roman yazan Seymur Baycanın iki fındıq söhbəti eləməsi kimi bir şey olardı, buna görə hərfləri keçdik.
Bu nağdıdı ki, əgər həmin press-reliz tənqidçi dostumuz Qan Turalıya da göndərilibsə, Qan onu oxuduqdan sonra amansızcasına Sabir müəllimin ünvanına "əşi, o, nə yazıb ee!" deyərək, növbəti tənqidi məqalənin mövzusunu yəqinləşdirib. Amma mənə maraqlı gələn başqa məsələdir. Aha, deməli, Azərbaycan gəncliyi kimin üçünsə haranısa fəth etməyə hazırdır. Şəxsən mən 1996-cı ildə "Şöhrət" ordenindən imtina etdiyi üçün bu gün Ağasəlim Çıldağla bir siyahıda dayanmayan Sabir müəllimin xətrinə 100 metr qət edərdim. Amma tay türkün sözü, dikinə yox, yatımına. Yəni şaquli yox, üfüqi. Prosto, nəzərə alanda ki, yazar "xalq şairi" adını şərəflə daşıyaraq hazırda Bəxtiyar Vahabzadə ilə bir siyahıda dayanır, onda mən dinməz-söyləməz həmin 100 metri geri qayıdıb, dayanıram bayaqkı "start" nöqtəsində.
Bildiyim qədərilə "Ömür kitabı"nın müəllifinin şəninə fəth edilən zirvə öz sırasına və hündürlüyünə görə "Çingiz Mustafayev zirvəsi" (4062,80m) və "Heydər Əliyev zirvəsi"ndən (3751m) sonra üçüncü yerdə durur (və yaxud dayanır, fərqi yoxdur). Özü də adına zirvə fəth edilənlərin arasında yeganə sağ adamdır. Hə, deməli, zirvələrin hündürlüyünü üst-üstə gəlsək, 10 kilometrə yaxın bir məsafə eləyir. Əgər bizim gəncliyin hər bu qədər yolu qət etməsi üçün mütləq bir ulu öndərə, gənc və istedadlı operatora və yaxud görkəmli yazara, bir sözlə, ictimai-siyasi-ədəbi mahiyyəti olan personaya ehtiyacı varsa, onda gör bizə nə qədər belə adam lazımdır ki, bu gəncliyi onların xətrinə (Allah eləməmiş, müharibə olsa) Qarabağa-zada aparaq.
Özü də hər adam üçün bu qədər yol qət edilmir, əgər zirvələrin hündürlüyünü personaların ictimai-siyasi-ədəbi mahiyyətinə görə hesablasaq, məsələn, Aqil Abbasın zirvəsinin hündürlüyü mütləq Sabir müəllimin zirvəsinin hündürlüyündən az olmalıdır, təxminən 1800 metr. Rəşad Məcid üçün gənclik olsa-olsa 1000 metr yeriyər. Qənirə Paşayeva üçün 800 metr, Leyla Yunus üçün də elə bir o qədər. Əlqərəz, redaksiyamızın divarında ölkənin siyasi-ictimai mənzərəsini əks etdirənlərin telefon nömrələri yazılmış lövhələrdəki adlar bitər, amma Qarabağa-zada çatmarıq.
Mahiyyətinizi zənginləşdirin. Çatmır. Azdı, azdı!..
Oxunub: 129 dəfə.
e-roman | | 110 baxış